Formula 1 tarixinin ən titullu komandalarından olan “Maklaren” son illər ciddi məqsədlər uğrunda mübarizə apara bilmir. Sport24.az xəbər verir ki, Böyük Britaniya Komandası Mühəndislər Kubokunda ilk “3-lük”dən kənarda qalır. Böyük ehtimalla, yeni mövsümdə də “Maklaren” rəqiblərini heç nə ilə təəccübləndirə bilməyəcək.
Amma komanda 60 illik yubileyində yaxşı nəticə qazanmaq istəyir. “Maklaren”in rəhbəri Andrea Stella yeni mövsümdən əvvəl ümidli olduğunu söyləyib: “Mövsümlərarası fasilə dönəmində gərgin çalışdıqdan sonra ilk Qran-prini səbirsizliklə gözləyirik. 60 illik yubileyimizdə komanda mübarizəyə qoşulmağa hazırdı.Yeni bolidin daha yaxşı təsir bağışlaması üçün əlimizdən gələni edirik. Qarşıda bizi uzun mövsüm gözləyir. Amma biz Lando Norris və Oskar Piastri simasında istedadlı pilotlarımızdan çox şey gözləyirik. Doğrudur, indidən hansı yeri tutacağımız haqda proqnoz yürütmək çətindir. Amma hədəfimiz ilk “4-lüy”ə yüksəlməkdir. Bilirik ki, çətin olacaq, amma nikbinik”.