“Haas” rəhbəri Günter Ştayner mövsümün sonunda Mixael Şumaxerin oğlu Mik Şumaxerlə yollarını ayırmalarına aydınlıq gətirib. Sport24.az xəbər verir ki, italiyalı mühəndis 23 yaşlı pilotu “ölü at” adlandırıb: “Sadəcə, ona başa saldım ki, komandamızı çətin vəziyyətdən təcrübəli pilot çıxara bilər. Bu xoşagəlməz vəziyyət olmasa da, işimizin bir parçasıdı. Mik isə cəmi 2 il idi ki, Formula 1-də yarışırdı. Bu müddət ərzində istəyimizə çata bilmədik, ona görə də müəyyən dəyişikliklərə getməyə məcbur olduq. Ölü atı qamçılamağın mənası yox idi”.