Hazırda "Trabzonspor"un formasını geyinən "Liverpul"un keçmiş hücumçusu Məhəmməd Salah Böyük Britaniyada sürücülük hüququndan altı ay məhrum olub. Sport24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu il martın 27-də futbolçunun "Rolls-Royce" markalı avtomobili Vilmsloda sürət həddi saatda 30 mil (48 km) olduğu yolda saatda 36 mil (58 km) sürətlə hərəkət edərkən kameraya düşüb.
34 yaşlı misirli futbolçu qayda pozuntusu zamanı avtomobili kimin idarə etdiyi barədə polisə məlumat verməyib və ona göndərilən məhkəmə təqibi barədə bildirişi cavabsı qoyub. Məhkəmə Salahı sürücünün kimliyi ilə bağlı məlumat təqdim etməməkdə təqsirli bilib.
Nəticədə, futbolçunun ölkə ərazisində avtomobil idarə etməsi altı ay müddətinə qadağan edilib və ona 1044 funt-sterlinq məbləğində cərimə ödəmək hökmü çıxarılıb.