"Real"ın keçmiş müdafiəçisi David Alaba "Union Berlin"ə keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial media hesabında paylaşım edib.
Yeni mövsümə uğursuz startdan sonra müdafiə xəttini gücləndirmək məqsədilə azad agent bazarını nəzərdən keçirən "dəmirçilər" 34 yaşlı mərkəz müdafiəçisini uyğun namizəd hesab edir.
"İnter Mayami", "Hamburq" və "Latsio" klubları da Alabanı heyətinə qatmaqda maraqlıdır.
Alaba karyerası ərzində Bundesliqada çıxış edib. O, 2010-2021-ci illər aralığında "Bavariya"nın (həmçinin icarə əsasında "Hoffenhaym"ın) şərəfini qoruyub.
Müdafiəçi yayda "Real" ilə müqaviləsinə xitam verdikdən sonra azad agent statusundadır. Avstriyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb.
Qeyd edək ki, "Union Berlin" hazırda turnir cədvəlində cəmi bir xalla sondan ikinci pillədə qərarlaşıb.