Yuri Maksimov "Araz-Naxçıvan"ın "sükanı arxasına" keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın "TaToTake" "Teleqram" kanalı paylaşım edib.  

 

Mənbənin məlumatına görə, 57 yaşlı mütəxəssis "qırmızı-ağlar"ın təklifini qəbul edib. Maksimovun Azərbaycanda iş təcrübəsi var. O, 2017/18 mövsümündə "Keşlə"yə (indiki "Şamaxı") rəhbərlik edib və komanda onun rəhbərliyi altında Azərbaycan Kubokunun qalibi olub. 

 

Maksimovun son iş yeri Poltava təmsilçisi "Vorskla" olub. O, bu komandanı 2024-cü ilin oktyabrından 2025-ci ilin iyununadək çalışdırıb. Onun rəhbərliyi altında "yaşıl-ağlar" uzun müddətdən sonra ilk dəfə Ukraynanın yüksək liqasını tərk edib.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. ötən klub rəhbərliyi komandanın baş məşqçisi Cavid hüseynovu istefaya göndərib.