"Arsenal" qış "transfer pəncərəsi" dövründə "Real"ın hücumçusu Endriki heyətinə qatmaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" portalı məlumat yayıb.

 

Madrid təmsilçisinin yeni baş məşqçisi Joze Mourinyo braziliyalı futbolçuya etimad göstərmir. Portuqaliyalı mütəxəssis mövsüm başlayandan bəri braziliyalını yalnız bir dəfə, əvəzetmədən meydana buraxıb.

 

Mənbənin sözlərinə görə, Endrikin agentləri millilərin oyunlarına görə yaranan fasilədə futbolçunun durumu ilə bağlı "Real" rəhbərliyi ilə görüşməyi planlaşdırır.  Ortaq mərxrəcə gəlmək mümkün olmasa, hücumçunun Yanvarda başqa kluba keçidi ən ehtimal olunan ssenari kimi görünür.

 

"Arsenal" isə Endrik ətrafındakı vəziyyəti diqqətlə izləyir və ümid edir ki, braziliyalı hücumçu qışda "topçular"ın formasını geyinməyə razılıq verəcək.