Formula 1 üzrə mövsümün ilk Qran-prisinin qalibi olan Maks Ferstappen qələbə ilə bağlı fikiriərini bölüşüb. Sport24.az xəbər verir ki, “Red Bull” pilotu Bəhreyndə əla çıxış etmələrinə baxmayaraq, daha mükəmməl olmaq istədiklərini söyləyib: “Nəhayət ki, mən də Bəhreyn Qran-prisinin qalibi oldum. Buna görə çox sevinirəm. Bu gün ciddi problemlə üzləşmədik. Sadəcə, bəzi xırdalıqlar bizi narahat etdi. İstərdik ki, gələcəkdə o problemləri də həll edəcək".

Qalib deyib ki, ikii həftə sonra onlarl Ciddiədəki yarış gözləyir: "Oranın trassı tam fərqlidir. Amma istənilən halda, bizim bolidimiz daha mükəmməldir. Doğrudur, yarışdan-yarışa vəziyyət dəyişəcək, amma RB19 titul uğrunda mübarizə aparmağa imkan verir. Komandama belə sürətli bolid hazırladığına görə təşəkkür edirəm”.