“Ferrari”nin rəhbəri Frederik Vasser Bəhreyndə keçiriləcək mövsümün ilk Qran-prisinin nəticələrinə önəm vermək fikrində deyil. Sport24.az xəbər verir ki, o, indidən Formula 1-də mübarizə aparan komandadan nəticə gözləməyin mənasız olduğunu söyləyib: “Bəhreyndə ilk yarışın nəticəsinin heç bir əhəmiyyəti olmayacaq. Bu, çempionatın sonuncu yarışı deyil. Ötən il bizim üçün yaxşı ibrət dərsi oldu. İndiki məqamda bolidi inkişaf etməyin yolunu tapmalıyıq. Onsuz da çempionat uzun olacaq. Komanda üçün ən vacib olan amil yaxşı atmosferdə çalşmaqdır. Komanda ruhunu qaldırmalıyıq. Amma onu da qəbul edirik ki, əhval-ruhiyyənin yüksəlməsi üçün də yaxşı nəticə qazanmaq lazımdı".

Xatırladaq ki, Formula 1 üzrə dünya çempionatı bu gün Bəhreyndə start götürür. Bakı vaxtıyla saat 19:00-da təsnifat mərhələsi keçiriləcək.