"Mançester Siti" "Milan"ın futbolçusu Tijani Reynderslə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

 

"Şəhərlilər" yay transfer dönəmində "Milan"la danışıqlara başlayacaq.

 

26 yaşlı yarımmüdafiəçi bu mövsüm 51 oyunda 15 qol vurub.