Yeni mövsümə hazırlaşan Formula 1 komandaları test yürüşlərini davam etdirir. Sport24.az xəbər verir ki, Bəhreyndə keçirilən yarşışın ikinci günüdə “Alfa Romeo”nun çinli pilotu Quanyu Çjou ən yaxşı nəticəyə imza atıb. O, ən sürətli dövrəsoini C-5 yumşaq şinləri sayəsində qət edib.

İkinci ən yaxşı nəticəyə “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen imza atıb.

Qeyd edək ki, hazırkı dünya çempionu yarışın ilk günündə ən sürətli dövrə ilə yadda qalmışdı. “Aston Martin”in ispaniyalı pilotu Fernando Alonso isə yarışı 3-cü sırada tamamlayıb. Hərçənd axşam seansı insidentsiz ötüşməyib. Yarışın gedişində “Mersedes” pilotu Corc Rasselin bolidində yaranan texniki problemlərə görə qırmızı bayraqlar dalğalanıb.

Ümumilikdə axşam yürüşlərində 20 pilot iştirak edib. Müəyyən səbəblərdən Felipe Druqoviç, Aleksander Albon və Valtteri Bottas mübarizəyə qoşulmayıb