Formula 1-də mübarizə aparan “Aston Martin” mövsümün gedişində bolidini yeniləməyə hazırlaşır. Sport24.az xəbər verir ki, nu barədə komandanın pilotu Fernando Alonso məlumat verib.

İkiqat dünya çempionu bunun sayəsində uğurlu çıxış edəcəklərinə ümid etdiyini söyləyib: “Hazırda rəqiblərimizlə müqayisəmizi apara bilmərəm. Bizim məqsəd irəliyə doğru addım atmaq idi ki, bunu da bacardıq. Testlərin nəticəsi və bolidin keyfiyyətləri ümid verir. Bu, hələ başlanğıcdı. Amma bu maşın mövsümün gedişində köklü şəkildə dəyişəcək. Ciddi məqsədlər uğrunda mübarizə aparmaq üçün əla baza formalaşdırmalıyıq. Amma hər şeyi addım-addım etməliyik”.