Gürcüstan millisinin və "Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya qarşıdan gələn Avro-2024 haqqında danışıb. Sport24.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, Gürcüstan millisinin bu turnirdə iz buraxmaq istədiyini deyib: 

 

"Belə mühüm turnirin iştirakçısı olmaq hər bir gürcüstanlının ən böyük arzusu idi. Avro-2024-ə vəsiqə qazandığımız gün hamı üçün ən xoşbəxt gün oldu. Amma biz Almaniyaya təkcə burda olmaq, ekskursiyaya üçün gəlməmişik. İz buraxmaq, tarixə yeni səhifə yazmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Komandamız çox diqqətlidir və bu turnirə hazırdır. Gürcüstanda hamı bizim debütümüzü gözləyir. Düşünürəm ki, iyunun 18-də Gürcüstanın bütövləşdiyini görəcəyik və ilk oyunda qələbə qazanmağa çalışacağıq".

 

Qeyd edək ki, iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq turnirdə Gürcüstan millisi Türkiyə, Çexiya və Portuqaliya ilə birgə F qrupundan mübarizə aparacaq.