Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi Çinin “Uhan” klubundan Jan-Evrar Kuassi ilə razılaşıb.

Bu barədə “Trabzonspor” klubunun vitse-prezidenti Ərtoğrul Doğan yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, Kuassi ilə ilkin razılıq əldə edilib. 27 yaşlı müdafiəçi yaxın zamanda Türkiyəyə gələrək, yeni klubu ilə müqavilə imzalayacaq.

Kuassi Fil Dişi Sahili milli komandasının da üzvüdür.