Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda doğma meydanda ölkənin digər klubu "Əl-Faiha" ilə qarşılaşıb.

 

Matç "Əl-Nəsr"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Kriştiano Ronaldo sözügedən görüşdə komandasının 2-ci qolunun müəllifi olub.

 

Qeyd edək ki, ilk qarşılaşmada da 1:0 hesabı ilə qalib gələn "Əl-Nəsr" 1/4 finala yüksəlib.

 

"Əl-Nəsr" - "Əl-Faiha" 2:0
Qollar:
 Otavio, 17, Ronado, 86