İngiltərənin "Nyukasl" klubu "Lill"in futbolçusu Matias Fernandes-Pardonu yenidən transfer gündəminə gətirib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Klubun futbolçunu heyətinə qatmaq istəyi davam edir və tərəflər arasında danışıqların yenidən gündəmə gəlməsi istisna edilmir. Buna görə də 21 yaşlı oyunçunun "Nyukasl"a keçidi hələ mümkündür.
Qeyd edək ki, Matias Fernandes-Pardo ötən mövsüm "Lill"in heyətində 41 rəsmi matçda 8 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.