PSJ hücumçu Usman Dembele ilə müqaviləni uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabris Hokins sosial media hesabında məlumat verib.

 

Paris klubu əsas oyunçusuna 2029 və ya 2030-cu ilə qədər yeni müqavilə təklif etmək niyyətindədir. Tərəflər arasında danışıqların bir neçə aydır davam etdiyi bildirilir. Həm Paris rəhbərliyi, həm də Dembelenin özü müqavilənin uzadılacağına əmindir.

 

"Qızıl top"un 29 yaşlı mükafatçısı bir müddət əvvəl Səudiyyə Ərəbistan təmsilçisi "Əl-Hilal"dan aldığı təklifi geri çevirib. 

 

Qeyd edək ki, Dembele bu mövsüm PSJ-də bütün turnirlərdə 3 oyun keçirib və 1 məhsuldar ötürmə edib.