"Aston Villa" və "Çelsi" hücumçu Nikolas Ceksonun Birminhem klubuna transferi ilə bağlı hərtərəfli razılığa gəliblər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Florian Plettenberq sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, transfer haqqı bonuslar da daxil olmaqla 75 milyon avrodur. "Villa" cümə axşamı 25 yaşlı seneqallı hücumçunun şəxsi müqaviləsinin şərtlərini və müqavilənin son detallarını razılaşdıracaq. Sözləşmə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Cekson ötən mövsüm icarə əsasında "Bavariya"da keçirib. O, Münhen klubunda 34 oyunda 11 qol vurub və dörd məhsuldar ötürmə edib.