"Çelsi" müdafiəçi Onest Aanorun transferi ilə bağlı "Atalanta" ilə danışıqlarda irəliləyiş əldə edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.
London klubu artıq 18 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Klublar arasında danışıqlar davam edir və Marko Palestranın "Çelsi"yə transferindən sonra iki tərəf yaxşı münasibətlər var.
Qeyd edək ki, sol ayaqlı müdafiəçi Aanor həm müdafiənin mərkəzində müdafiəsində, həm də sol cinahda oynaya bilər. O, bu ilin iyununda İtaliyanın əsas millisində debüt edib.