"Əl-Hilal" "Aston Villa"nın hücumçusu Olli Uotkinsi "rənglərinə bağlayıb". Sport24.az xəbər verir ki, bu barədə insayder fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib. 

 

Birminhem klubu 58,4 milyon avro birdəflik və 2 milyon avro bonus şəklində ödəniləcək təklifi qəbul edib. 30 yaşlı hücumçunun müqavilə imzalamaq üçün bu həftə Səudiyyə Ərəbistanına uçması planlaşdırılır.

 

"Əl-Hilal" bir neçə gün öncə Uotkinslə şəxsi şərtlərlə bağlı razılığa gəlmişdi.

 

"Əl-Hilal" Uotkinsi yolları ayırmağı planlaşdırdığı Kərim Benzemanın yerinə transfer edir. Uotkinsi transfer etmək istəyir. 

 

Qeyd edək ki, hücumçunun "Aston Villa" ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Olli ötən mövsüm bütün turnirlərdə 55 oyunda iştirak edib, 21 qol vurub və 5 məhsuldar ötürmə edib. Yeni mövsümdə hücumçu UEFA Super Kubokunda PSJ-yə qarşı oyunda meydana çıxsa da, Premyer Liqanın ilk turunda "Brayton"la görüşdə heyətə daxil edilməyib.