"Porto" "Renn"in yarımmüdafiəçisi Seku Fofananı bir illik icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı kot-d'ivuarlı futbolçu 2025-ci ildən "Renn"in formasını geyinir. Onun Fransa klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qaədərdir.
Fofana 2025/26 mövsümündə Liqa 1-də 12 oyunda 1 qol vurub. O, həmçinin Avropa Liqasında dörd matça çıxıb.
Yarımmüdafiəçi karyerası ərzində "Əl-İttifaq", "Əl-Nəsr", "Lans", "Udineze", "Bastiya", "Fulhem", "Mançester Siti" və "Loryan" klublarında da oynayıb.
"Transfermarkt" portalı Fil Dişi Sahili millisinin oyunçusunun transfer dəyərini 8 milyon avro qiymətləndirir.