Bu gün "Qarabağ" üçün həlledici gündür. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Rəqib Niderland təmsilçisi "Tvente"dir.

 

Niderlandda baş tutan ilk görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, cütün qalibi Konfrans Liqasının Liqa mərhələsinə yüksələcək. Məğlub tərəf isə avrokuboklarla vidalaşacaq.

 

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunu

 

20:00. "Qarabağ" (Azərbaycan) - "Tvente" (Niderland)

Hakimlər: Rohit Saqqi (Norveç), Anders Olav Dale, Ole Andreas Haukasen (hamısı Norveç).

VAR: Kristoffer Hagenes (Norveç).

AVAR: Alan Kiyas (Avstriya).

Bakı. Tofiq Bəhrəmaov adına Respublika stadionu.

İlk oyun - 1:0