"Fənərbaxça"nın yarımmüdafiəçisi Matteo Gunduzi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan (Lion) (2-1) sonra yaşananları şərh edib. Türkiyə təmilçisinin futbolçusu bu barədə "Actu Foot" portalına açıqlama verib.
Oyundan əvvəl isinmə hərəkətləri zamanı Gunduzi "Lion" azarkeşlərinə orta barmağını göstərib. Oyundan sonra o, komandasının qələbəsini coşğun şəkildə qeyd edərək "İrəli, Marsel!" deyə qışqırıb.
"Hörmət? Zarafat edirsən? Bu, hər iki tərəf üçün keçərli olmalıdır". 90 dəqiqə ərzində anamı və ailəmi təhqir etdilər, bəlkə də daha çox. Əgər bundan sonra istədiyimiz kimi qeyd edə bilmiriksə.... düşünürəm ki, bu, biabırçılıqdır.
60.000 insan ailənizi, ananızı, uşaqlarınızı təhqir etdikdə və heç kim, hətta hakimlər belə onlara sus demirsə, bu istənilən adamı özündən çıxarır..." - deyə, Gunduzi bildirib.
Qeyd edək ki, dünən gecə Fransada keçirilən matçı "Fənərbaxça"nın :1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə klubu Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.