"Sanderlend" "Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qrilişi icarəyə götürmək üçün rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Təklifə əsasən, "Mançester Siti" 30 yaşlı futbolçunun maaşının bir hissəsini ödəyəcək. Razılaşmada gələn yay Qrilişin transferinin daimi əsasda rəsmiləşdirilməsi imkanı da yer alır.

Qeyd edək ki, Qriliş 2019-cu ildə "Aston Villa"dan 100 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə keçib. O, klubun heyətində 159 oyunda 17 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. 2022/23 mövsümündə isə komandanın Çempionlar Liqası, Premyer Liqa və İngiltərə Kubokunu qazanaraq tarixi üçlük əldə etməsində mühüm rol oynayıb.