"Bavariya"nın hücumçusu Harri Keyn Çempionlar Liqasının yeni mövsümündə əsas favoritinin PSJ olduğunu bildirib. Sport24.az xəbər verir ki, ingiltərəli futbolçu "Marca"ya açıqlamasında Paris klubunun son iki mövsümdə turnirin qalibi olmasını xüsusi vurğulayıb:
"Məncə, PSJ ən böyük favoritdir, çünki ardıcıl iki il çempion olublar. Təbii ki, "Bavariya", "Arsenal", "Real" və "Barselona" kimi digər böyük komandalar da mübarizədə olacaq".
Keyn turnirin hələ yeni başladığını da qeyd edib:
"Biz hələ yolun əvvəlindəyik. Qarşımızda uzun bir yol və çoxlu oyun var. Liqa mərhələsində səkkiz matç keçirəcəyik, daha sonra pley-off mərhələsi başlayacaq".
"Bavariya"nın ötən mövsümünü də dəyərləndirən Keyn komandasının yarımfinalda məhz PSJ-yə uduzduğunu xatırladıb:
"Avropada həqiqətən yaxşı mövsüm keçirdik. PSJ kimi möhtəşəm komandaya cüzi fərqlə məğlub olduq. Bəzən bunu qəbul edib yolumuza davam etməliyik".
30 yaşlı hücumçu yeni mövsümdə əsas hədəflərdən birinin Çempionlar Liqasını qazanmaq olduğunu vurğulayıb:
"Ötən mövsüm artıq geridə qalıb. İndi vacib olan irəliləmək, bu mövsüm üçün mübarizə aparmaqdır. Əlbəttə, Çempionlar Liqası əsas hədəflərimizdən biridir".