"Nottingem Forest" "Sportinq"in müdafiəçisi Usman Diomandenin transferini qısa müddətdə yekunlaşdıracağına inanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.

İngiltərə klubu Portuqaliya təmsilçisinə rəsmi təklif göndərib. Tərəflər arasında danışıqların müsbət yöndə irəlilədiyi bildirilir. Transfer məbləği bonuslar da daxil olmaqla təxminən 40 milyon avro olacaq. Bu rəqəm futbolçunun müqaviləsində yer alan 80 milyon avroluq sərbəstqalma məbləğindən xeyli aşağıdır.

Qeyd edək ki, danışıqların yaxın günlərdə müsbət nəticələnəcəyi gözlənilir.