Xorvatiyalı futbolçu İvan Perişiç yenidən "İnter"ə qayıtmağa hazır olduğunu açıqlasa da, İtaliya klubu onun transferində maraqlı deyil. Sport24.az xəbər verir ki, təcrübəli vinger 2026-cı il dünya çempionatında Qanaya qarşı keçirilən oyundan sonra "İnter"ə qayıtmaq istəyini bir daha dilə gətirib.
"Yanvarda PSV məni buraxmadı. "İnter"in idman direktoru və prezidenti harada olduğumu bilirlər. Məni istəsələr, sadəcə əlaqə saxlamaları kifayətdir", – deyə Perişiç bildirib.
Bununla belə, Milan təmsilçisi yay "transfer pəncərəsi"ndə fərqli variantlar üzərində çalışır və 36 yaşlı futbolçunun geri dönüşü gündəmdə deyil. Beləliklə, Perişiçin "İnter"lə bağlı xatirələri hələlik yalnız keçmişdə qalacaq.