"Neftçi" ötən mövsüm icarə əsasında komandada çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb. Sport24.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

 

Varqasla müqavilənin detalları açıqlanmayıb.

 

27 yaşlı futbolçu ötən mövsüm "Neftçi" formasıyla 32 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.