"Neftçi"nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünə qələbə ilə başlayıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" turnirin I təsnifat mərhələsində Monteneqro təmsilçisi "Buduçnost"la qarşılaşıb. 

 

Yunanıstanda baş tutan 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb.

 

Penaltilər seriyasında üstün (4:3) olan "Neftçi" mərhələ adlayıb. Siyasət Əsgərovun yetirmələri finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.