"Mançester Yunayted" "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

Fransalı yarımmüdafiəçinin artıq "Kral klubu"nda toxunulmaz oyunçuları arasında olmadığı bildirilir.

 

Bir müddət əvvəl mətbuatda yarımmüdafiəçinin "Çelsi", "Nyukasl", "Liverpul" və "İnter"in maraq dairəsində olduğu ilə bağlı xəbərlər yayılmışdı. 

 

Qeyd edək ki, Kamavinqa ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 43 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.