"Hamburq" Patson Daka ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Hücumçunun müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
27 yaşlı zambiyalı futbolçu 2021-ci ildən formasını geyindiyi "Lester"dən ayrılıb və Almaniya təmsilçisinə azad agent kimi qoşulub.
Qeyd edək ki, Daka 2025/26 mövsümündə "Lester"in heyətində meydana çıxdığı 44 matçda altı qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.