"İpsviç" "Lester"in vingeri Əbdül Fatavunu transfer edib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

 

22 yaşlı futbolçu 2031-ci ilə qədər müqavilə imzalayıb. "Transfermarkt"ın məlumatına görə, transfer haqqı 23,4 milyon avro təşkil edib.

 

Ötən mövsüm Fatavu "Lester"in heyətində 44 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçu DÇ-2026-da Qana millisinin heyətində 4 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, "İpsviç" ötən mövsümün yekunlarına əsasən Premyer Liqaya vəsiqə qazanıb.