Azərbaycan milli komandalarının Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına qatılacaq heyəti müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mundialda ölkəmizi 29 pəhləvan təmsil edəcək.
Qızlar: 40 kq. Gülxanım Şirinova, 43 kq. Vəfa Orucova, 46 kq. Nuray Cəfərli, 49 kq. Nəzrin Əhmədli, 53 kq. Fatimə Bayramova, 57 kq. Qaratel Quliyeva, 61 kq. Fidan Babayeva, 65 kq. Rəna Nuriyeva, 69 kq. Simurə Abdullayeva
Böyük məşqçi: Mariya Stadnik, məşqçilər: Rövşən Umudov, Solmaz Adilova.
Yunan-Roma güləşi: 45 kq. Əli Cavadlı, 48 kq. Ömər Salmanov, 51 kq. Abdulrəhman Hüseynli, 55 kq. Qurban Məcnunov, 60 kq. Elmir Çərkəzov, 65 kq. Orxan Həbibli, 71 kq. Nadir Həsənov, 80 kq. İsfahan Həsənov, 92 kq. Zöhrab Səfərov, 110 kq. Emin Baxşəliyev.
Böyük məşqçi: Rafiq Hüseynov, məşqçilər: Kamran Məmmədov, Zöhrab Abbasov.
Sərbəst güləş: 45 kq. Tunar Həsənov, 48 kq. Hüseyn Rzazadə, 51 kq. İbrahim Həsənov, 55 kq. Abbas Şəfiyev, 60 kq. Elcan Həsənov, 65 kq. Rəşid Nazarov, 71 kq. Tunar Quliyev, 80 kq. Nihad Süleymanlı, 92 kq. Elgün Kərimli, 110 kq. Hakim Tağıyev
Böyük məşqçi: Hacı Əliyev, məşqçilər: Qırxlar Bədəlov, Yaşar Əliyev, Allahverdi Vəliyev.
Qeyd edək ki, dünya çempionatı 27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq. Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.