Azərbaycan UEFA reytinqində əmsalını bir qədər də artırıb. Sport24.az xəbər verir ki, bu,"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"u məğlub etməsi (1:0) sayəsində mümkün olub.

 

Bu qarşılaşmadan sonra ölkənin cari mövsümdə qazandığı əmsal 1,750-yə çatıb.

 

Azərbaycan (20,312) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var.

 

Qeyd edək ki, ki, UEFA reytinqinin zirvəsində İngiltərə (101,852) qərarlaşıb.