"Vest Hem"in cinah oyunçusu Krisensio Summervillin gələcəyi ilə bağlı qərarını yaxın günlərdə verməsi gözlənilir. Sport24.az xəbər verir ki, bu barədə insayder Farbrisio Romano məlumat yayıb.

"Əl-Hilal" futbolçunun transferi üçün "Vest Hem"lə 55 milyon funt sterlinq sabit ödəniş və 10 milyon funt sterlinq bonuslar qarşılığında razılığa gəlib.

Səudiyyə Ərəbistanı təmsilçisi hazırda Summervill və nümayəndələrinin yekun razılığını gözləyir. Anlaşma əldə olunacağı təqdirdə, futbolçu tibbi müayinədən keçəcək.

İtaliyanın "Roma" klubu isə transfer uğrunda mübarizədən çəkilməyib. Baş məşqçi Can Pyero Qasperini də futbolçu ilə danışıq aparıb. Hazırda hər iki klub Summervillin son qərarını gözləyir.