"Roma" "Çelsi"nin müdafiəçisi Aksel Disasi ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Roma klubu 28 yaşlı fransız futbolçunun mümkün transferi barədə məlumat istəyib. London klubu usə oyunçunu 20 milyon avroya satmağa hazırdır.

 

Qeyd edək ki, Disasi 2023-cü ilin yayından "Çelsi"də oynayır. Onun İngilis klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.

2025/26 mövsümündə Disasi 14 Premyer Liqa matçında oynayıb və bir sarı vərəqə alıb. O, həmçinin FA Kuboku uğrunda üç matçda bir qol vurub.