Yaponiyalı hücumçu Daizen Maeda karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
"İpsviç" futbolçu üçün etdiyi 10 milyon funt sterlinqlik təklif "Seltik" tərəfindən qəbul olunub. Tərəflər arasında 8 milyon funt sterlinq sabit ödəniş və 2 milyon funt sterlinq bonuslar olmaqla transferin əsas şərtləri üzrə prinsipial razılıq əldə edilib.
Qeyd edək ki, Şotlandiya klubu Maedanın bu yay komandadan ayrılacağını nəzərə alaraq artıq onun əvəzləyicisinin axtarışına başlayıb.