"Qarabağ"ın sabiq futbolçusu Kvabena Ovusunun Azərbaycan klublarından birinə transferi baş tutmayıb. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 29 yaşlı hücumçunun xidmətləri "Kəpəz"ə təklif olunub.

Lakin Gəncə təmsilçisi qanalı futbolçunun tələb etdiyi maaşı qarşılaya bilməyəcəyini bildirib. Bu səbəbdən tərəflər arasında anlaşma əldə olunmayıb və transfer baş tutmayıb.

Qeyd edək ki, Kvabena Ovusu 2020–2023-cü illərdə "Qarabağ"ın formasını geyinib.