"Melburn Siti" və Avstraliya millisinin qapıçısı Patrik Biç "Trua" ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı qolkiperin Fransa təmsilçisi ilə sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Biç DÇ-2026-da ən etibarlı qapıçılardan biri olub. Avstraliya 1/16 finalda Misirə məğlub olub. Qokiper həmin matçda qapıya gedən 15 zərbədən 13-nü dəf edib.
Qeyd edək ki, "Trua" ötən mövsüm Fransa Liqa 2-də birinci yeri tutaraq elitaya yüksəlib.