"Liverpul" gənc oyunçulara investisiya qoymağa davam edir. İngiltərə təmsilçisi Kolumbiyanın "Atletiko Nasional" klubundan 17 yaşlı hücumameylli yarımmüdafiəçi Samuel Martinez ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Yeni oyunçu 2027/28 mövsümündən əvvəl "mersisaydlılar"ın akademiya sisteminə qoşulacaq. Martinez Kolumbiyanın ən perspektivli gənc futbolçularından biri hesab olunur.

 

Qeyd edək ki, apreldə Samuel turnirin bütün altı oyununda oynayaraq milli komandanın Cənubi Amerika U-17 çempionatında qalib gəlməsinə kömək edib. O, Braziliyaya qarşı yarımfinalda və Argentina ilə də final daxil olmaqla turnirdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.