Futbolçularının DÇ-2026-da iştirakına görə, FİFA ən çox "Mançester Siti"yə ödəniş edəcək. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Hesablamalara görə, ingilis klubu oyunçularının turnirdə iştirakına görə təxminən 4,4 milyon dollar alacaq. 

 

İkinci yerdə "Barselona" (3,9 milyon dollar) yer alıbsa, sonrakı pillələrdə "Bavariya" (3,4 milyon dollar), "Arsenal" (3,3 milyon dollar), PSJ və "Atletiko" "(Madrid) (hər ikisi 3,2 milyon dollar) qərarlaşıb. İlk "10-luğ"a həmçinin "Kristal Pelas" (2,7 milyon dollar), "Mançester Yunayted" və "Real" (2,6 milyon dollar) və "Milan" (2,4 milyon dollar) daxildir.

 

Qeyd edək ki, FIFA 2026-cı il dünya çempionatından sonra klublara dəstək proqramına rekord məbləğdə - 355 milyon dollar - ayırıb ki, bu da 2018 və 2022-ci il turnirlərindən 70% çoxdur. Bu məbləğin 250 milyon dolları oyunçuların mundialın final mərhələsində, 100 milyon dolları isə seçmə mərhələdəki çıxışlarına görə ödəniləcək.