"Yuventus" hücumçu Coşua Zirkzeenin mümkün transferi ilə bağlı "Mançester Yunayted"ə müraciət edib. Sport24.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu Randal Kolo-Muaniyə görə PSJ ilə razılığa gəlməsə, niderlandlının keçidini nəzərdən keçirir.
Mənbənin sözlərinə görə, İtaliya klubunun nümayəndələri hücumçu ilə bağlı artıq ingilis klubuna sorğu göndərib.
"Mançester Yunayted" hücumçunun satışından 35-40 milyon avro qazanmağı planlaşdırır.