Kral İspaniya Futbol Federasiyası (RFEF) Luis de la Fuenteni 2030-cu il dünya çempionatının sonuna qədər milli komandanın baş məşqçisi vəzifəsində saxlamaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "As" qəzeti məlumat yayıb.

 

65 yaşlı mütəxəssisin hazırkı müqaviləsi Avro 2028-in sonuna qədərdir. Tərəflər payızda danışıqlara başlayacaqlar.

 

De la Fuente 2022-ci ildən bəri İspaniya milli komandasını çalışdırır. Onun rəhbərliyi altında komanda 2022/23 Millətlər Liqasını, Avro-2024-ü və 2026-cı il dünya çempionatını qazanıb.

 

Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.