ABŞ prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibi olmasını istəyir. Sport24.az xəbər verir ki, bu barədə "The New York Post" qəzetinin məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp və İnfantino ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatının təşkili zamanı yaxınlaşıblar. 2025-ci ilin dekabr ayında ali futbol qurumunun rəhbəri ABŞ prezidentinə ilk FIFA Sülh Mükafatını təqdim edib.
Tramp İnfantinonun "dünyada hörmətlə qarşılandığına və insanları bir araya gətirmək bacarığına malik olduğuna" inanır. O, həmçinin İsveçrəli funksionerin bu vəzifəni qazanmaq şansının yüksək olacağına inanır.
BMT-nin hazırkı baş katibi Antonio Quterreş dekabr ayında vəzifəsindən ayrılacaq. Boş qalacaq posta namizəd olmaq üçün isə Təhlükəsizlik Şurasından və Baş Assambleyadan təsdiq alınmalıdır.
Bildirilir ki, məsələ ilə bağlı İnfantinonun mövqeyi hələ bəlli deyil.