Bu gün "Neftçi" avrokuboklarda mübarizəyə qoşulur. Sport24.az xəbər verir ki, "ağ-qaralar" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "doğma divalar" arasında Minsk "Dinamo"su ilə üz-üzə gəlir.

 

"Palms Sports Arena"da baş tutacaq görüşün start fiti saat 20:00-da səslənəcək.

 

Minsk "Dinamo"su Belarus çempionatının lideridir və əvvəlki mərhələdə Şimali Makedoniya təmsilçisi "Sileks"i mübarizədən kənarlaşdırıb.

 

Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" səddini adlayacağı təqdirdə, III təsnifat mərhələsində "Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.

 

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

20:00. "Neftçi" - "Dinamo (Minsk, Belarus)

Hakim: Konstantinos Fellas (Kipr)

Bakı. "Palms Sports Arena"