"Qalatasaray" futbolçusu Mario Lemina ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qabonlu yarımmüdafiəçi daha 2 il "sarı-qırmızılılar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Lemina ötən ilin fevral ayından "Qalatasaray"da çıxış edir.