FİFA Rusiya Premyer Liqası və FNL klublarına transfer qadağası tətbiq edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Первый спорт" tеlеqram kanalı məlumat yayıb. 

 

Bir müddət əvvəl ali futbol qurumu "Axmat" üçün yeni oyunçuların qeydiyyatını qadağan etmişdi. Oxşar qadağaların bütün Rusiya klublarına şamil ediləcəyi və bu ölkənin təmsilçiləri üçün "transfer pəncərəsi"nin faktiki olaraq bağlanacağı gözlənilir.

 

FİFA bütün klublardan Fransada xüsusi bank hesabı açmağı tələb edir. Lakin ruslar Avropa Birliyinin sanksiyaları səbəbindən bu addımı ata bilmirlər. 

 

Qeyd edək ki, Rusiya - Ukrayna müharibəsi səbəbindən FİFA Rusiya millilərini və klublarını belnəlxalq turnirlərdən kənarlaşdırlıb.