"Bu oyunda qalib gəldik. Amma bir az məyusuq, dörd qol vura bilərdik". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Coy-Lens Mikels deyib.
Hücumçu Finlandiya təmsilçisi "KuPS"a qalib gəldikləri (1:0) UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında danışıb:
"Buna baxmayaraq əsas nəticədir. Sonda istəyimizə nail olduq. Səfərdəki cavab matçı tamam fərqli keçəcək".
Almaniya forvardı cavab qarşılaşmasına ciddi hazırlaşacaqlarını söyləyib:
"Ümid edirəm ki, mərhələni biz keçəcəyik. "KuPS" asan rəqib deyil. Biz yaxşı oynadıq, amma daha çox qol vura bilərdik. Cavab görüşü tamamilə fərqli olacaq".