Mark van Bommel Belçika millisinin "sükanı arxasına" keçməyə razılıq verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. 

 

Tərəflər 2028-ci ilə qədər müqavilə imzalayacaqlar. Onun rəsmi təyinatı tezliklə ictimaiyyətə açıqlanacaq. O, bu postda Rudi Qarsiyanı əvəzləyəcək. 

 

Qeyd edək ki, 49 yaşlı van Bommelin son iş yeri 2022-ci ildən 2024-cü ilə qədər çalışdığı "Antverpen" olub. Bundan əvvəl o, "Volfsburq" və PSV komandalarınnda baş məşqçi postunu tutub. O, həmçinin Avstraliya və Səudiyyə Ərəbistanı milli komandalarının məşqçilər korpusunun üzvü olub.