"Neftçi"nin qadın futbolçulardan ibarət komandası 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "ağ-qaralar" turnirin I təsnifat mərhələsində Monteneqro təmsilçisi "Buduçnost" ilə qarşılaşır.
1-ci qrupun yarımfinal matçı Yunanıstandakı Veria stadionunda, Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Cütün qalibi finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusalim, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.