Dortmund "Borussiya"sının keçmiş baş məşqçisi Edin Terziç "Monako"nun baş məşqçisi olmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

 

Ötən gün insayder Fabrisio Romano bildirmişdi ki, "Monako" millilərin oyunlarına görə yaranmış fasilədə baş məşqçi Adi Hütteri istefaya göndərə bilər. "L'Equipe"nin məlumatına görə, 42 yaşlı Terziç onun yerinə əsas namizədlərdən biridir.

 

Qeyd edək ki, mütəxəssis daha əvvəl Dortmund "Borussiya"sının "sükanı arxasında" olub. O, 2024-cü ilin yayında klubu tərk edib.